İnternetdən maşın almaq arzusu ona baha başa gəldi - VİDEO

Xəbərlər 20 Yanvar 2020 00:45 Oxunub 2529
İnternetdən maşın almaq arzusu ona baha başa gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərəçəkmiş şəxs əlindəki məlumatları təqdim edərək polisə şikayət edib

İnternetdə gördüyü maşın elanına aldandı, etimadından istifadə edən dələduz satıcı ona 120 manat ziyan vurdu. Gəncə sakini Sahil Babazadənin internet üzərindən maşın almaq arzusu ona baha başa gəlib. Telefonda satıcının şirin dilinə aldanıb istədiyi pulu onun kartına yükləyən alıcı sabahısı günü onunla görüşmək üçün sövdələşib.

Sahil Babazadə Göyçaya gedəndə həmin adam yenidən zəng vurub. Bildirib ki, işi ilə əlaqədar gələ bilmir. Yenidən kartına 50 manat köçürülməsini tələb edib ki, ona etibarnamə versin. Bu dəfə isə dələduz Sahil Babazadəyə oğlunun Yevlaxda olduğunu və orada görüşməsini bildirib.

Beləcə Gəncə sakini aldadıldığını bilib. Zərəçəkmiş şəxs əlindəki məlumatlar - elan, ödəniş qəbzini, telefon nömrəsini, bank kartındakı adları təqdim edərək polisə şikayət edib. Hazırda bununla bağlı təhqiqat aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh