Hərbi vertolyot qəzaya uğradı: 5 nəfər xəsarət alıb

Qəzalar 20 Yanvar 2020 10:00 Oxunub 977
Hərbi vertolyot qəzaya uğradı: 5 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı hərbçilər xəstəxanaya çatdırılıblar

Meksikanın Hərbi Hava Qüvvələrinə məxsus vertolyot qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 19-da Çiuaua ştatının Quadalupe-de-Kalıvo rayonunda qeydə alınıb. Bu barədə "Milenio" qəzeti məlumat verib.

Məlumata görə, qəza vertolyotun enişə keçdiyi zaman baş verib. Nəticədə 5 hərbçi yaralanıb.

Xəsarət alan hərbçilər xəstəxanaya çatdırılıblar.

Vertolyotun modeli və hadisənin mümkün səbəbləri barədə məlumatlar açıqlanmır.

Meksikanın Milli Müdafiə Nazirliyi hələlik qəzanı rəsmi olaraq təsdiqləməyib.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh