Bakıda yüksək sürətlə gedən avtomobil qəza törədib - FOTO

Qəzalar 20 Yanvar 2020 10:10 Oxunub 930
Bakıda yüksək sürətlə gedən avtomobil qəza törədib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib

Nəsimi rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş verib. Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Daewoo" markalı avtomobilə, daha sonra işıq dirəyinə və səkidə olan yol ayırıcı dəmirlərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yol infrastukturuna ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gültən

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh