Şimal-Qərb bölgəsinə yağan qar avtomobilləri yolda qoydu - VİDEO

Gündəm 20 Yanvar 2020 10:30 Oxunub 705
Şimal-Qərb bölgəsinə yağan qar avtomobilləri yolda qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub

Gecə saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunda sürücülər çətin anlar yaşayıb.

Avtosfer.az Oxu.Az-a istinadən  xəbər verir ki, şaxtalı hava səbəbindən magistral yollun bir hissəsi buz bağlayıb.

Buzlu yolda hərkət edə bilməyən avtomobillər yolda qalıb. Sürücülərin köməyinə ərazidə xidmət göstərən polis əmkdaşları gəlib. Bir müddət sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub .

Yola qum- duz qarışığı səpilib və avtomobillərin hərəkət bərpa olunub. Şaxtalı və qarlı hava səbəbindən sözü gedən yoldan sürücülərin, əsasən də gecə saatlarında istifadə etməməsi tövsiyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh