Gecə klubunda atışma: 2 ölü, 5 yaralı

Gündəm 20 Yanvar 2020 10:40 Oxunub 1017
Gecə klubunda atışma: 2 ölü, 5 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda polis cinayəti törədərək hadisə yerindən qaçaraq gizlənməyə nail olan şəxsi axtarır

ABŞ-ın Texas ştatında gecə klubunda keçirilən konsert zamanı baş verən silahlı atışma nəticəsində 2 nəfər ölüb, daha 5-i isə yaralanıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 19-u San-Antoni şəhərində yerləşən “Ventura” gecə klubunda qeydə alınıb. Bu barədə yerli polis “Twitter”də verib.

“Klubda insan qrupları arasında mübahisə yaşanıb və onlardan biri üzərində gəzdirdiyi tapançanı çıxararaq atəş açmağa başlayıb” – şəhər polisinin rəisi Ullıyam Makmanus deyib. 

O, qeyd edib ki, bir nəfərə hadisə yerində, biri isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Ölən və xəsarət alanlar klubun daimi müştərisi olub.

Hazırda polis cinayəti törədərək hadisə yerindən qaçaraq gizlənməyə nail olan şəxsi axtarır.

Araşdırmalar davam etdirilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh