Qobustan sakinləri saatlarla yolda qalırlar: DYP və BNA-dan XAHİŞ - FOTO

Xəbərlər 20 Yanvar 2020 10:45 Oxunub 3330
Qobustan sakinləri saatlarla yolda qalırlar:  DYP və BNA-dan XAHİŞ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişanın dəyişdirilməsini istəyirlər

Qaradağ rayon Qobustan qəsəbə sakinləri magistral yola qoyulmuş nişanla bağlı redaksiyamıza şikayət ünvanlayıblar. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Bakı-Ələt yolunun 56-cı kilometrinə quraşdırılmış 3.27 dayanma-durmanı qadağan edən nişana görə sürcülər həmin yolda dayana bilmirlər. Bakı-Ələt istiqamətində fəaliyyət göstərən 195 saylı marşrut avtobusların arasında olan interval uzun olduğu üçün Bakı istiqamətinə gedən sakinlər məcburi olaraq həmin yoldan keçən minik avtomobillərindən istifadə etməli olurlar. Sürücülər həmin kilometrdə dayanıb sərnişin götürən zaman xüsusi texniki vasitənin köməyi ilə 20 manat məbləğində cərimə olunduqları üçün orada dayanmırlar. Beləliklə sakinlər saatlarla yolda qalmalı olurlar.
Onlar aidiyyəti qurumlardan minik avtomobillərinin orada dayanması üçün şərait yaradılmasını xahiş edir.

Əməkdaşımız həmin ərazini müayinə edən zaman məlum olub ki, 3.27 nişanı növbəti yolayrıcında, yəni 10 kilometrdən sonra qüvvədən düşür.
Sakinlərin rahatlığını təmin etmək üçün 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilə bilər. Belə olan halda sürücülərin sərnişini mindirib-düşürmək üçün dayanması qaydalar çərçivəsində olacaq.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh