Avtosfer.az | Reklam
Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA
Qəzalar 20 Yanvar 2020 12:50 228 dəfə oxunub
Azərbaycanda mikroavtobus qəzasındakı yaralılarla bağlı RƏSMİ AÇIQLAMA
Xəsarət alan beş nəfər İsmayıllı Rayon Xəstəxanasına gətirilib

Göyçay-İsmayıllı avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəstəxanaya yerləşdirilib.

Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə,  mikroavtobus ilə minik avtomobili toqquşub:

“Hadisə zamanı bir nəfər vəfat edib. Xəsarət alan beş nəfər İsmayıllı Rayon Xəstəxanasına gətirilib. İkisinin vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdiriləcək”. 

R.Əliyeva qeyd edib ki, yaralılardan digər üçünə isə ambulator yardım göstərilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh