Avtosfer.az | Reklam
Polisdən qaçan sərxoş sürücü onlara silahla hədə-qorxu gəldi - VİDEO
Yol polisi 20 Yanvar 2020 12:53 425 dəfə oxunub
Polisdən qaçan sərxoş sürücü onlara silahla hədə-qorxu gəldi - VİDEO
Hazırda sürücü barəsində müvafiq tədbirlər görülür

Ukraynada sərxoş sürücü, avtomobillə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə yarışaraq onlara silahla hədə-qorxu gəlib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 20-də gecə saatlarında Kiyev şəhərində qeydə alınıb. Bu barədə "Kiev Əməliyyat" “Facebook”da məlumat verib.

Məlumata görə, “BMW” markalı avtomobilin sürücüsü yol qovşağında svetoforun qırmız işığında keçib. Bundan sonra ərazidə xidmət aparan YPX-nin əməkdaşları ona “Dayan” əmri veriblər və o, əmrə tabe olmayaraq hadisə yerindən yayınıb.

Ancaq, asayiş keşikçiləri “BMW”ni təqib edərək bir neçə kvartal sonra, digər polis əməkdaşlarının köməkliyi ilə avtomobili əhatəyə alaraq saxlayıblar. Yoxlama zamanı sürücü üzərində gəzdirdiyi tapançanı çıxararaq polis əməkdaşlarına tuşlayıb. Hadisə yerinə gələn istintaq qrupunun əməkdaşları, sürücünü tərksilah edərək zərərsizləşdiriblər. Daha sonra maşına keçirilən baxış zamanı baqajdan daha bir silah, avtomat aşkarlanıb.

Həmçinin məlum olub ki, sürücü avtomobili idarə edərkən sərxoş olub.

Hazırda onun barəsində müvafiq tədbirlər görülür.

 

Namiq Musayev

 

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh