Avtosfer.az | Reklam
Yol polisi "20 yanvar" şəhidlərini belə andı - FOTO - VİDEO
Yol polisi 20 Yanvar 2020 14:41 624 dəfə oxunub
Yol polisi "20 yanvar" şəhidlərini belə andı - FOTO - VİDEO
Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb

Yol polisi 20 yanvar ümumxalq hüzn günü münasibətilə tədbirlər həyata keçirib. Yol polisləri Bakıda və regionlarda şəhidlər xiyabanını ziyarət edib, tarixçilərin iştirakı ilə "20 yanvar" barədə anım mərasimləri təşkil olunub. 
Azərbaycanda saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.

20 Yanvar​ - Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Avtosfer.az tədbirlərdən hazırlanmış videomaterialı təqdim edir. Qeyd edək ki, görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin 1, 3 və 11-ci tağımına, o cümlədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə aiddir.

 

Orxan

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh