Avtosfer.az | Reklam
Sərxoş kişi küçədə soyuqdan donaraq ölüb - Sumqayıtda
Gündəm 20 Yanvar 2020 15:10 273 dəfə oxunub
Sərxoş kişi küçədə soyuqdan donaraq ölüb - Sumqayıtda
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh