Avtosfer.az | Reklam
Ötən gün baş verən yol qəzalarında – 1 ölü
Gündəm 20 Yanvar 2020 15:40 278 dəfə oxunub
Ötən gün baş verən yol qəzalarında – 1 ölü
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanlarında qeydə alınmış cinayət faktlarının və hadisələrin statistik məlumatları açıqlanıb. Avtosfer.az DİN-nin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər vəfat edib.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh