Avtosfer.az | Reklam
Ucarda iki avtomobil toqquşub, yaralananlar var
Qəzalar 20 Yanvar 2020 18:30 333 dəfə oxunub
Ucarda iki avtomobil toqquşub, yaralananlar var
Faktla bağlı araşdırma aparılır

Ucar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında

şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə Rasif Ağamirzə oğlu Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomovil toqquşub. Nəticədə sürücü N. Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmaya İslam qızı Qasımova, qızları, 2008-ci il təvəllüdlü Fəxri Əliyeva və 2012-ci il təvəllüdlü Şəxri Əliyeva müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh