Avtosfer.az | Reklam
Masazır qəsəbəsinin bərbad yolları - VİDEO
Gündəm 20 Yanvar 2020 19:06 394 dəfə oxunub
Masazır qəsəbəsinin bərbad yolları - VİDEO
Sakinlərin sözlərinə görə, Masazır qəsəbəsi, Akim Abbasov küçəsi bərbad gündədir

Masazır sakinləri yolların bərbad, baxımsız olmasından şikayət edir.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sakinlərin şikayətində qeyd olunub. 

Sakinlərin sözlərinə görə, Masazır qəsəbəsi, Akim Abbasov küçəsi bərbad gündədir:

“Yağış yağan kimi yollarda gölməçələr yaranır. İnsanlar bu vəziyyətdə hər gün zülmlə uşaqları məktəbə aparır, işə gedir. 

Avtomobil yolu qəbiristanlığın qırağından keçir. Piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilər də bərbad gündədir. Yolun kənarındakı zibil qabları aşıb-daşır, natəmizlik yaranır. 

Aidiyyəti orqanlara müraciət edilsə də, heç kim problemin həlli üçün çalışmır. Sakinlərə isə elə şikayət etmələri qalır”. 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh