Avtosfer.az | Reklam
“Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb - FOTO
Gündəm 20 Yanvar 2020 20:00 424 dəfə oxunub
“Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb - FOTO
Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O,ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.
Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.
Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh