Avtosfer.az | Reklam
Bakı-Quba yolunda baş verən qəzada 6 səhiyyə işçisi xəsarət aldı - VİDEO
Qəzalar 20 Yanvar 2020 21:00 408 dəfə oxunub
Bakı-Quba yolunda baş verən qəzada 6 səhiyyə işçisi xəsarət aldı - VİDEO
6 nəfəri Sumqayıt təcili tibbi yardım stansiyasının həkimləridir

Ələt-Astara magistral yolundayol qəzası baş verib, sürücü ölüb.

Hadisə səhər saatlarında Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Rusiya vətəndaşına məxsus "TIR" ilə Cəlilabad rayon sakini Rasif Əzizovun idarə etdiyi yük maşını toqquşub.Toqquşma nəticədə yük avtomobili alışaraq yanıb. Yanğın zamanı sürücü Rasif Əzizov hadisə yerində yanaraq ölüb, avtomobildə olan sərnişin Cəlilabad rayonunun Alar kənd sakini, 39 yaşlı Xalim Cəfərov isə xəsarət alıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib.Yaralanan sərnişin isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Göyçay-İsmayıllı avtomobil yolunda da yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən sərnişin mikroavtobusu qarşıdan gələn minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü, 41 yaşlı Malik Kərimov hadisə yerində ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Bakı-Quba yolunda 3-ü təcili tibbi yardım avtomobili olmaqla, 5 avtomobil toqquşub. hadisə ötən gecə avtomagistralın sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Xəstə çağırışına gedən sumqayıt şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. hadisə yerinə çağırılan növbəti təcili tibbi yardım avtomobili isə qarşıdan gələn "mercedes" markalı minik maşını ilə toqquşub. ümumilikdə 5 avtomobilin toqquşduğu qəzada 7 nəfər, xəsarət alıb.Onlardan 6 nəfəri Sumqayıt təcili tibbi yardım stansiyasının həkimləridir.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh