Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib

Gündəm 21 Yanvar 2020 01:00 Oxunub 747
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Məhərrəməli Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 3 bükümdə psixatrop maddə olan metamfetamin, ona məxsus avtomobildən 12 bükümdə ümumi çəkisi 17,76 qram metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 ədəd bükümdə çəkisi 145 qram narkotik vasitə tiryək və 1 ədəd xəncər aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh