Ağcabədi sakinindən külli miqdarda marixuana və silah götürülüb

Gündəm 21 Yanvar 2020 01:30 Oxunub 892
Ağcabədi sakinindən külli miqdarda marixuana və silah götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
DİN Mətbuat Xidmətinin Bərdə regional  qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Qarayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman marixuana aşkar edilərək götürülüb. Araşdırmaların davamı olaraq onun yaşadığı ünvana baxış keçirilmiş, həyətindən əlavə olaraq 12 kiloqramdan artıq marixuana və evindən “Revolver” markalı tapança aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh