Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb

Gündəm 21 Yanvar 2020 01:45 Oxunub 917
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürüblər.
Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh