Su anbarında qayıq çevrildi: 5 ölü

Gündəm 21 Yanvar 2020 08:45 Oxunub 634
Su anbarında qayıq çevrildi: 5 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 6 nəfər xilas edilib

Tailandda Sirikit su anbarında qayığın çevrilməsi nəticəsində 5 nəfər vəfat edib. Avtosfer.az xəbər verir ki, bu barədə yanvarın 21-də “Bangkok Post” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, qayığın göyərtəsində 10 sərnişin və onun sahibi olub.

Təyinat yerinə təxminən iki kilometr qalmış, qayıq ağaca dəyərək su ilə dolmağa başlayıb və çevrilib.

Hadisə yerinə gələn xilasedicilər, 6 nəfəri xilas etməyə müvəffəq olublar. Ancaq, aralarında qayığın sahibi də olan 5 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh