Tomskda taxta ev yandı: 11 nəfər həlak oldu - FOTO

Gündəm 21 Yanvar 2020 10:51 Oxunub 914
Tomskda taxta ev yandı: 11 nəfər həlak oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğının elektrik avadanlıqlarından yaranan qısa-qapanmadan, xüsusən də qızdırıcı cihazdan baş verə biləcəyi ehtimal edilir

Rusiyanın Tomsk əyalətində taxta evdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 21-də gecə saatlarında Priçumlımsk rayonunda qeydə alınıb.

Bildirilir ki, bir mərtəbəli taxta evin yanması ilə bağlı məlumat yanğınsöndürmə bölmələrinə gecə saat 00:10 radələrində daxil olub. Yanğının sahəsi 208 kv. metr təşkil edib. Yanğın zamanı evin dam örtüyü çöküb.

Nəticədə 10-u Özbəkistan vətəndaşı, biri yerli qadın sakin dünyasını dəyişib, daha 2-si isə qaçaraq xilas ola biliblər.

Yanğının elektrik avadanlıqlarından yaranan qısa-qapanmadan, xüsusən də qızdırıcı cihazdan baş verə biləcəyi ehtimal edilir.

Hazırda müvafiq qurumlar hadisənin baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh