4 nömrəli marşrut xətti kart sisteminə keçir

Yeniliklər 21 Yanvar 2020 11:35 Oxunub 1551
4 nömrəli marşrut xətti kart sisteminə keçir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı əvvəlcədən məlumat veriləcək

Yanvarın 24-dən etibarən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a məlumat verilib.

Məlumata görə, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh