Dirəyə çırpılan "Chagman", dərəyə aşan avtobus - Yollarımızdakı dəhşətli qəzalardan YENİ VİDEO

Avtosfer TV 21 Yanvar 2020 11:47 Oxunub 2125
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç halda sürücü sükan arxasında mobil telefonla oynayıb

Azərbaycanda baş verən dəhşətli qəza anları kameraya düşüb. Avtosfer.az bu dəfə 3 qəza hadisəsinin videosunu təqdim edir. İlk videoda yük maşını sürücüsü yolda hərəkət edən zaman bardürə dəyir. İkinci videoda Avtobus sürücüsü yolun kənarındakı işıq dirəyinə çırpılır. Üçüncü qəzada isə mikroavtobusun sürücüsü yoldan çıxaraq divara dəyir. Araşdırmalar zamanı məlum olub ki, hər üç qəzada sürücülərin diqqətini yayındıran əsas amil mobil telefondur. Sükan arxasında mesaj yazmaq, telefonla danışmaq kimi məsələlər bu cür qəzalara səbəb olur. Eyni zamanda sosial şəbəkələrdə canlı yayıma çıxaraq avtomobil idarə etməyin sonu da qəzadır. Ümid edirik ki, sürücülər bu videolardan özləri üçün nəticə çıxaracaq. 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh