Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub

Qəzalar 21 Yanvar 2020 12:15 Oxunub 827
Daşkəsəndə 63 yaşlı kişini avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Daşkəsən rayonunda 63 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Daşkəsən rayon sakini, 1957-ci il təvəllüdlü Hekayət Cəfərov yolu qarşı tərəfə keçmək istəyən zaman "Nissan X-Trail" markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirlir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh