DİN fotoqrafın anasının qəzada ölməsi ilə bağlı məlumat yayıb

Gündəm 21 Yanvar 2020 12:50 Oxunub 746
DİN fotoqrafın anasının qəzada ölməsi ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Daxili İşlər Naziliyi (DİN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 20-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini T.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Peykar Məcnunovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, P.Məcnunova fotoqraf Səfiyar Məcnunun anasıdır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh