Sabah hava yağmursuz olacaq

Gündəm 21 Yanvar 2020 13:05 Oxunub 767
Sabah hava yağmursuz olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 22-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Avtosfer.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 22-də Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh