"Tələsən" sürücünün pozmadığı qayda qalmadı- 6 bal 120 manat - VİDEO

Qaydalar 21 Yanvar 2020 13:44 Oxunub 1897
"Tələsən" sürücünün pozmadığı qayda qalmadı-  6 bal 120 manat - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hər xətaya görə ayrılıqda məsuliyyətə cəlb oluna bilər

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, videonu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Belə ki, yanvarın 17-i Xırdalan şəhər Heydər Əliyev prospektində hərəkət edən 90-VO-053 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq hərəkətinə davam edib. O, növbəti yolayrıcında sola- Məmməd Əmin Rəsulzadə küçəsinə dönən zaman qarşıdan gələn avtomobillərə yol verməyərək yolayrıcının keçmə qaydasını da pozub.

Törədilən inzibati xətaların arasında zaman kəsiyi olduğu üçün sürücü hər xətaya görə ayrılıqda məsuliyyətə cəlb oluna bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh