BakıKarta inteqrasiya davam edir - FOTO

Yeniliklər 21 Yanvar 2020 14:22 Oxunub 1298
BakıKarta inteqrasiya davam edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. 24.01.2020-ci il tarixindən 4 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək. Avtosfer.az BNA-ya istinadən xəbər verir ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh