Məktəblilər “07” qaçırıb dirəyə çırpdılar - VİDEO

Avtosfer TV 21 Yanvar 2020 15:20 Oxunub 1932
Məktəblilər “07” qaçırıb dirəyə çırpdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda polis yeniyetmə xuliqanları axtarır

Rusiyanın Ryazan şəhərində məktəblilər avtomobil qaçıraraq qəza törədiblər. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri hərəkətdə olan digər avtomobilin videoregistratoruna düşüb.

Kadrlarda, yol qovşağına qəfildən “VAZ-2107” markalı avtomobilin çıxdığı və əsas yoldan gələn digər avtomobil sürücüsünün sayıqlığı nəticəsində qəzadan sovuşduğu görülür.

Ancaq, sükan arxasında həyəcanlanan  yeniyetmələr “07”ni sağa sıxır, park edilmiş maşınlara dəyməyə santimetrələr qala irəliləyir və işıq dirəyinə çırpırlar.

Qəzadan sonra uşaqlar avtomobildən düşərək hadisə yerindən qaçırlar.

Hazırda polis yeniyetmə xuliqanları axtarır.

 

Namiq Musayev

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh