Vilayət Eyvazov tapşırıq verdi: “Həmin sürücüləri cəzalandırın”

Yol polisi 21 Yanvar 2020 15:45 Oxunub 5637
Vilayət Eyvazov tapşırıq verdi: “Həmin sürücüləri cəzalandırın”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir özünü qanundan üstün tutan sürücülərin cəzalandırılması barədə DYP-yə tapşırıq verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qayda pozaraq cəzasız qalan sürücülərə xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, nazir, belə sürücülərin sərt şəkildə cəzalandırlması üçün yol polisinə göstəriş verib. Nazir, yol hərəkətinin iştirakçıları, o cümlədən sürücülər arasında cəmiyyətdəki mövqeyinə, tutduğu vəzifəyə, peşəsinə görə özünü qanundan üstün tutan, törətdiyi qayda pozuntusuna rəğmən imtiyaz tələb edən şəxslərin mövcudluğunu təəssüflə xatırladaraq, belələrinə münasibətdə qanunla müəyyən edilmiş qaydada qəti tədbirlərin görülməsini də tələb edib. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, insanların həyat və sağlamlığının avtomobil qəzalarından qorunması kimi vacib və şərəfli vəzifələrin icrasını həyata keçirmək, yol-hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almaq olduğunu bildirib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh