Azərbaycanda yol qəzalarında ölənlərin sayı artdı - 821

Gündəm 21 Yanvar 2020 15:55 Oxunub 828
Azərbaycanda yol qəzalarında ölənlərin sayı artdı - 821
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub

“Görülmüş tədbirlərə baxmayaraq, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov məlumat verib. İdarə rəisi bildirib ki, bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir.
Qeydə alınan ümumi hadisələrin 43,6 faizi piyadaların vurulması ilə bağlı olub ki, nəticədə 329 nəfər həlak olub, 527 nəfər xəsarət alıb.
 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh