Azərbaycanda dizel yanacağı istehsalı artıb

Gündəm 21 Yanvar 2020 18:30 Oxunub 724
Azərbaycanda dizel yanacağı istehsalı artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu il yanvarın 1-i tarixinə ölkədə 41,6 min ton hazır avtomobil benzini ehtiyatı olub

2019-cu ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 129,2 mln. manat təşkil edib. Avtosfer.az DSK-ya istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki illə müqayisədə 3,2% azalıb.

Ötən il ölkədə 1 161,2 min ton avtomobil benzini istehsal edilib ki, bu da 2018-ci ildən 2,1% azdır. Bu il yanvarın 1-i tarixinə ölkədə 41,6 min ton hazır avtomobil benzini ehtiyatı olub.

Hesabat dövründə 246,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 2 112,8 min ton dizel yanacağı, 126,4 min ton yanacaq mazutu istehsal edilib ki, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20,7%, yanacaq mazutunun istehsalı 18,7%, dizel yanacağının istehsalı 8% artıb.

2019-cu ildə 591,2 min ton həcmində ağ neft, 25,4 min ton həcmində sürtkü yağları, 259,9 min ton həcmində neft bitumu, 238,3 min ton həcmində neft koksu istehsal edilib. Ağ neft istehsalında 4,2%, sürtkü yağlarının istehsalında 78,5%, neft bitumunun istehsalında 10,2%, neft koksunun istehsalında isə 2,3% azalma qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh