Kolumbiyada məktəbli avtobusu dirəyə çırpıldı: azı 10 yaralı

Qəzalar 21 Yanvar 2020 19:09 Oxunub 1009
Kolumbiyada məktəbli avtobusu dirəyə çırpıldı: azı 10 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırmalara başlanılıb

Kolumbiyanın paytaxt Boqotada məktəbli avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 21-də səhər saatlarında San Kristobl rayonu ərazisində qeydə alınıb. Bu barədə “El Tiempo” nəşri məlumat verib.

Məlumata görə, sürücünün idarə etdiyi məktəbli avtobusu, hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.

Nəticədə azı 10 nəfər xəsarət alıb. Yaralılardan əksəriyyəti yetkinlik yaşına çatmayan uşaqlardır. 

Onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh