Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb

Qəzalar 21 Yanvar 2020 19:40 Oxunub 1189
Oğuzda avtomobil qəzası baş verib, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Kənan Fazil oğlu Hüseynov idarə etdiyi VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə K.Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh