“Boeing 737-9GP” tipli sərnişin təyyarəsi məcburi qəza enişi edib

Qəzalar 21 Yanvar 2020 19:45 Oxunub 966
“Boeing 737-9GP” tipli sərnişin təyyarəsi məcburi qəza enişi edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava gəmisinin göyərtəsində 91 sərnişin olub, onlardan xəsarət alan olmayıb

Malayziyanın “Malindo Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hanoya hava limanına məcburi qəza enişi edib. Avtosfer.az xəbər verir ki, hava gəmisi Vyetnamın paytaxtı Hanoyadan Kuala-Lumpur şəhərinə uçurmuş.

“VnExpress” portalının məlumatına görə, “Boeing 737-9GP” tipli sərnişin təyyarəsi havaya qalxdıqdan sonra, aeroport əməkdaşları uçuş-eniş zolağında partlamış təkərin parçalarını tapıblar. Hadisə ilə bağlı dərhal ekipaj üzvləri məlumatlandırılıb. Bundan sonra hava gəmisinin kapitanı geriyə qayıtmaq qərarı alıb. Təyyarə aeroporta uğurlu eniş edib.

Bildirilir ki, göyərtədə 91 sərnişin olub, onlardan xəsarət alan olmayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh