«OKA» aşdı: 1 ölü, 2 yaralı- YENİLƏNİB

Qəzalar 31 May 2014 13:32 Oxunub 1605
«OKA» aşdı: 1 ölü, 2 yaralı- YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ucarda 1 nəfərin ölümü 2 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib

Ucarda 1 nəfərin ölümü 2 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini, 33 yaşlı Azər Mustafayevin idarə etdiyi “OKA” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib, maşında olan sərnişinlər - 41 yaşlı Elman Verdiyev və 12 yaşlı Teymur Mustafayev müxtəlif bədən xəsarətləri alaraq, Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

***

 

Bu gün səhər saatlarında Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində qeydə alınıb. Belə ki, “Oka” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh