Bakıda sərxoş kişi telefonunu itirdi- Polis görün hardan tapdı

Gündəm 22 Yanvar 2020 12:15 Oxunub 906
Bakıda sərxoş kişi telefonunu itirdi- Polis görün hardan tapdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Abbasov telefonunu yaşadığı evdə unudub

Bakıda kafedə spirtli içki içərək sərxoş olan şəxs telefonunun oğurlandığı barədə polisə məlumat verib. Avtosfer.az Unikal.org-a istinadən xəbərinə görə, hadisə yanvarın 14-də gencə saatlarında, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kafedə yeyib-içən V.Abbasovun mobil telefonunun masanın üzərindən oğurlandığı barədə “102 Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Daxil olan müraciət üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, V.Abbasovun mobil telefonu həmin kafedə oğurlanmayıb. Müvafiq tədbirlərlə müəyyən olunub ki, V.Abbasov telefonunu yaşadığı evdə unudub.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh