Abşeronda dəhşət:Maşınla vurub öldürülən xəstəni çaya atdılar

Qəzalar 22 Yanvar 2020 12:20 Oxunub 953
Abşeronda dəhşət:Maşınla vurub öldürülən xəstəni çaya atdılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı şəhər sakini S.Köçərili saxlanılıb

Abşeron Rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh