Avtosfer.az | Reklam
Bakının mərkəzində daha bir stansiyanın tikintisinə başlanılır- RƏSMİ
Gündəm 22 Yanvar 2020 13:05 292 dəfə oxunub
Bakının mərkəzində daha bir stansiyanın tikintisinə başlanılır- RƏSMİ
“Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır

Bu il Bakının mərkəzində daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, sözügedən stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri artıq başa çatıb:

“Yeni stansiya ilə bağlı tikinti işlərinin növbəti mərhələsinə şərti adı “B3” olan stansiya istifadəyə verildikdən sonra başlanılacaq. Cari il ərzində hər hansı geoloji və ya texniki problemlər yaranmayacağı təqdirdə, “Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır.

“B4” stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında yerləşəcək. Tikinti qaydalarına uyğun olaraq yeni stansiyanın ilkin mərhələsi yerinə yetirilərək tunellər qazılıb”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh