İdarəetməni itirib avtomobilini ağaca çırpdı - FOTO

Qəzalar 22 Yanvar 2020 15:05 Oxunub 969
İdarəetməni itirib avtomobilini ağaca çırpdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib

Göygöl rayonunda sürücü idarəetməni itirərək avtomobilini ağaca çırpıb.

Avtosfer.az xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca qəsəbəsində qeydə alınıb.
"VAZ-2106" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2107" markalı avtomobillə toqquşub.

Ardından yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Göygöl rayon Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri dəqiqləşdirilir.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh