Hündürlükdən düşən maşın 12 dəfə çevrildi: təhlükəsizlik kəməri sayəsində sağ qaldılar - FOTO

Avtosfer Foto 22 Yanvar 2020 15:30 Oxunub 1871
Hündürlükdən düşən maşın 12 dəfə çevrildi: təhlükəsizlik kəməri sayəsində sağ qaldılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin Batman vilayətində iki qardaş qəza nəticəsində 12 dəfə çevrilən nəqliyyat vasitəsindən sağ çıxıblar. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Gercüş rayonunun Seki kəndi yolunda qeydə alınıb. Məlumata görə, Bilal İldırımın idarə etdiyi 72 DP 764 qeydiyyat nömrə nişanlı kiçik yük maşınla hərəkətdə olan zaman, naməlum səbəblərdən idarəetmədən çıxaraq uçuruma yuvarlanıb. Təxminən 250 metr hündürlükdən 12 dəfə çevrilərək sürüklənən maşında olan Bilal İldırım və Vedat İldırım taxdıqları təhlükəsizlik kəməri sayəsində qəzanı sağ-salamat sovuşdurublar. Ətrafdakı vətəndaşların xəbər verməsi ilə hadisə yerinə səhiyyə, xilasetmə və polis briqada əməkdaşları gəlib. Yaralılar ambulanslarla Gercüş Dövlət Xəstəxanasına çatdırılıblar. Onların səhhətlərinin yaxşı olduğu bildirilib. Sürücü Bilal İldırım, “Uçuruma yuvarlandığımız zaman 12 dəfəyə qədər çevrildiyimizi saydım. Təhlükəsizlik kəmərini taxmasaydıq indi burda deyildik” deyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh