Avtosfer.az | Reklam
Avtomobilini texniki baxışa gətirən xanım avtoservisdə “ŞOU” göstərdi - VİDEO
Avtosfer TV 22 Yanvar 2020 16:45 1013 dəfə oxunub
Avtomobilini texniki baxışa gətirən xanım avtoservisdə “ŞOU” göstərdi - VİDEO
İndi texniki baxış üçün gələn maşın, avtoservisdə uzun müddət qalacağı görünür

Rusiyanın Moskva ətrafında bir xanım sürücü avtomobilini texniki baxışa gətirərək avtoservisə daxil olmaq üçün xeyli əziyyət çəkməli olub və bununla qalmayaraq maşına da ziyan vurub.   Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeyd alınıb. Kadrlarda sürücünün avtomobili avtoservisin içərisinə daxil etmək istədiyi, ancaq baxış çuxuruna düşməmək üçün gah arxaya-qabağa, gah da sükanı sağa-sola çevirdiyi görülür. Hətta ona servis işçiləri də kömək etməyə çalışıblar.

Nəticədə sürücü özünü tamamilə itirir, əvvəlcə avtomobilin sol təkərini çuxura salır, ardınca çuxurdan çıxmaq istəyərkən sağ yan güzgünü sındırır və sonda da qapını sürtür.

İndi texniki baxış üçün gələn maşın, avtoservisdə uzun müddət qalacağı görünür.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad
E-mail
Şərh