Nazirlik rəsmisi havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib

Gündəm 22 Yanvar 2020 19:10 Oxunub 730
Nazirlik rəsmisi havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən yollarda son dərəcə diqqətli olmaları tövsiyə edilir

"Havanın dəyişəcəyi, güclü küləyin əsəcəyi, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırırıq". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O vətəndaşlara müraciət edib ki, uşaqları soyuq və küləkli havada nəzarətsiz buraxmasınlar, ağacların altında durmasınlar, avtomobillərini ağacların altında saxlamasınlar. Nazirliyin sözçüsü onu da bildirib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənildiyindən sürücülərə son dərəcə diqqətli olmaları tövsiyə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh