Polisə bıçaqla müqavimət göstərən şəxsin məhkəməsi başlayır

Gündəm 22 Yanvar 2020 19:30 Oxunub 758
Polisə bıçaqla müqavimət göstərən şəxsin məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib

Yevlaxda kultivasiya yolu ilə çətənə kolları yetişdirməkdə və polisə bıçaqla müqavimət göstərməkdə təqsirləndirilən Cəmil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin may ayının 30-da Yevlax Rayon Polis Şöbəsinə rayonun Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini C.Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib. Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh