Rusiyada “Honda” “Kamaz”la toqquşdu: 5 nəfər hadisə yerində ölüb - FOTO

Qəzalar 22 Yanvar 2020 19:52 Oxunub 1143
Rusiyada “Honda” “Kamaz”la toqquşdu: 5 nəfər hadisə yerində ölüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

Rusiyanın Çelyabinsk əyalətində minik avtomobilinin və yük maşınının iştirak ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 22-də yerli saatla 19.00 radələrində Çelyabinsk-Troiçk avtomagistralının 107-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən sürücü idarə etdiyi “Honda” markalı minik avtomobili ilə hərəkətdə olan zaman, havanın qarlı və küləkli olması səbəbindən sükan idarəetməsini itirib. Bundan sonra yolun əks zolağına çıxan avtomobil qarşıdan gələn “Kamaz” markalı yük maşını ilə toqquşub.

Nəticədə “Honda”da olan 5 nəfər hadisə yerində dünyasını dəyişib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh