Avtomobilin vurduğu piyada hadisə yerində vəfat edib - Hacıqabulda

Qəzalar 22 Yanvar 2020 20:34 Oxunub 1158
Avtomobilin vurduğu piyada hadisə yerində vəfat edib - Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 21-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Abşeron rayon sakini N.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh