Sabirabadda avtomobil 66 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib

Qəzalar 23 Yanvar 2020 00:30 Oxunub 1386
Sabirabadda avtomobil 66 yaşlı piyadanı vuraraq ağır xəsarət yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"-a istinadən məlumatına görə, hadisə Qaragünə kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Qayibov Baloğlan Əhməd oğlu yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ağır kəllə-beyin, döş qəfəsinin küt travmaları və qabırğaların sınığı diaqnozları qoyulub.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh