Xınalıq istiqamətində yeni yolun bir hissəsi tikilib - FOTO

Gündəm 23 Yanvar 2020 11:40 Oxunub 709
Xınalıq istiqamətində yeni yolun bir hissəsi tikilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1.4-1.5 km hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır

Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə də start verilib. 

Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək. 

Qeyd edə ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1.4-1.5 km hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır. 

Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh