Sükan arxasına keçən 14 yaşlı uşaq qəza törətdi, ayağı qopdu - VİDEO

Qəzalar 23 Yanvar 2020 12:10 Oxunub 873
Sükan arxasına keçən 14 yaşlı uşaq qəza törətdi, ayağı qopdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə əlaqədar əraziyə polislər və tibb işçiləri cəlb edilib

Türkiyənin İstanbul şəhərində 14 yaşlı uşaq avtomobillə qəza törədib.

“Anadolu” agentliyinin xəbərinə görə, Efe Ü. Ataşehir ərazisində idarəetməni itirib.

Onun idarə etdiyi 34 DG 6309 markalı avtomobil əvvəl yol kənarındakı baryerlərə, sonra isə körpü dirəyinə çırpılıb.

Nəticədə qəzaya uğramış avtomobilin içərisində sıxışan yeniyetmənin bir ayağı qopub.

Hadisə ilə əlaqədar əraziyə polislər və tibb işçiləri cəlb edilib.

Efe Ü. avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh