Avtomobildə pirotexniki vasitələr aşkarlandı - FOTO

Gündəm 23 Yanvar 2020 12:35 Oxunub 881
Avtomobildə pirotexniki vasitələr aşkarlandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
140 ədəd "Roman Candle" yazılan fişənglər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin yanacaq çənindən 800 ədəd üzərində "Mega Piratka" yazısı olan pirotexniki vasitə və 140 ədəd "Roman Candle" yazılan fişənglər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh