Təhlükəsizlik avadanlıqlarını və spirtli içkiləri gizlədərək keçirməyə cəhd etdi

Gündəm 23 Yanvar 2020 12:40 Oxunub 664
Təhlükəsizlik avadanlıqlarını və spirtli içkiləri gizlədərək keçirməyə cəhd etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı nəticəsində nəqliyyat vasitəsinin arxa oturacağının arxasında xüsusi hazırlanan yerdə gömrük nəzarətindən gizlədilən 13 ədəd "Alhua HDCVİ Eyeball", 2 ədəd "ST-2203", 1 ədəd "Alhua HDCVİ Bullet" adlı təhlükəsizlik kameraları, 3 ədəd "Audio Monitor Kit Microphone" adlı səs yazan qurğu, 2 ədəd "İkea" adlı lampa və 27 ədəd üzərində "Qomel" yazılan spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh